
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştiraka dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev 180-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi bu tədbirin dünyada şəhərsalma sahəsində aktual olan müxtəlif mövzuları müzakirə etmək, həmçinin təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı fürsət olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Esvatini arasında ikitərəfli əlaqələrin inkişafı, o cümlədən enerji, mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











