Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yəhudi Yeni ili – “Roş-Ha-Şana” bayramı münasibətilə İsrail dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda Prezident İlham Əliyev bu bayramın dost İsrail xalqına və ölkəyə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyib.
“Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, – deyə dövlətimizin başçısı qeyd edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










