
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında parlamentlərarası əlaqələr, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Valentina Matviyenko Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığını çatdıraraq, bu məsələnin Rusiyanın istintaq orqanları tərəfindən araşdırıldığını və ona obyektiv qiymət veriləcəyini bildirdi.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında parlamentlərarası təmasların davam etdirilməsinə dair fikir mübadiləsi aparıldı.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











