
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada artan nüfuzunu qeyd etdi, onun vacib beynəlxalq məsələlərin müzakirə edildiyi platforma olduğunu diqqətə çatdırdı. O, XI Qlobal Bakı Forumunun da uğurla keçəcəyinə əminliyini bildirdi. Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olaraq hər zaman göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycanda prezident seçkilərindən sonra həmişə olduğu kimi, ənənəyə uyğun olaraq ilk rəsmi səfərini məhz Türkiyəyə etdiyini vurğuladı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələri məmnunluqla xatırladı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










