
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.
AZƏRTAC xəbər verir ki, qonaq şəhərin Baş planı ilə tanış olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qurbanqulu Berdiməhəmmədova 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.
Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş planı hazırlanıb, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2021-ci ildə ictimaiyyətə təqdim edilib. Böyük nəqliyyat-logistika potensialına malik olan Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Füzuli şəhərinin ümumi sahəsi təxminən 1942 hektardır. Baş plana əsasən, 2040-cı ilə qədər şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur. Füzulidə İşğal və Zəfər muzeylərini əhatə edəcək Füzuli Memorial Kompleksi yaradılacaq, Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa olunub, şəhər xəstəxanası tikilir, şəhər parkı salınacaq, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri həyata keçiriləcək. Baş plana əsasən, uşaq bağçaları və məktəblər kimi sosial infrastruktur obyektləri müvafiq olaraq 300 və 500 metrlik məsafədə yerləşəcək. Görüləcək işlər nəticəsində müasir standartlara və memarlıq özəlliklərinə uyğun inşa olunacaq Füzuli şəhəri azad edilmiş ərazilərdə iri şəhərlərdən birinə çevriləcək. Burada “Ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq. Füzuli şəhərinin 12 hektardan çox olan ərazini əhatə edəcək inzibati mərkəzi isə 3 hissəyə bölünəcək.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











