
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Cəbrayıl rayonunun Şükürbəyli kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
“Bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.
(9 may 2026-cı il, Cəbrayıl rayonunun Şükürbəyli kəndində sakinlərlə görüşdən)”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










