Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycanda turizmin inkişafından da danışıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı keçən il turistlərin sayının 11 faiz, bu ilin 3 ayında isə 25 faiz artdığını bildirib. “Bunu indi gözlə görmək olar”, – deyən dövlətimizin başçısı qeyd edib ki, həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində gərginlik var, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət alıb. Bunların heç biri Azərbaycanda yoxdur. Azərbaycanda xalq-iqtidar birliyi var. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Azərbaycanda hökm sürən sabitliyin əsas amili də bundan ibarətdir.

















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









