Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermədə seçici fəallığı ilə bağlı yekun məlumatı açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Fərid Orucov saat 19:00-a olan yekun məlumata görə, respublika üzrə seçicilərin 76.73 faizinin (4 milyon 971 min 32 nəfər) səs verdiyini bildirib.