
Cəmiyyətimiz tənqidi giymətləndirmək öhdəliyini daşıyır. Burada təkcə jurnalistlərin deyil, cəmiyyətin də rolu mühümdür.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.
Medianın süni zəka ilə bağlı proseslərdə geridə qaldığını vurğulayan Hikmət Hacıyev bildirib: “Biz BMT-də və sair təşkilatlarla qlobal şəkildə daha sıx işləməliyik. Terminologiya ilə bağlı bir çox işlər görülməlidir. Düzgün məlumatın paylaşılması cəmiyyət üçün olduqca vacibdir”.
Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən ciddi dezinformasiyaya, xüsusilə də Ermənistan tərəfindən dezinformasiyaya məruz qaldığını söyləyən prezidentin köməkçisi vurğulayıb deyib ki, geniş çeşidli müxtəlif dezinformasiya dalğaları var idi. Baxmayaraq Azərbaycan humanitar böhranla üzləşmişdi, mətbuat orqanlarında xəbərlərin başlıqları elə idi ki, sanki bunu biz ermənilərə qarşı törətmişik.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










