Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “TRT World” telekanalına müsahibəsində ölkəmizdə koronavirusla mübarizədə görülən işlərdən danışıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hökuməti tərəfindən yanvarın ortalarından bəri COVID-19-a qarşı mübarizədə addımlar atıldığını söyləyən Hikmət Hacıyev bunun Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə koronavirusla bağlı risklərin qiymətləndirilməsi və təhlili ilə əlaqədar olduğunu vurğulayıb. “Nəticədə deyə bilərik ki, Azərbaycan daha yaxşı vəziyyətdədir. Bu, COVID-19 ilə mübarizədəki uğur hekayələrindən biridir”, – deyə o əlavə edib.
Prezidentin köməkçisi vurğulayıb ki, COVID-19 böhranı ilə mübarizədə milli əlaqələndirmə son dərəcə vacibdir. Buna görə də Azərbaycanda dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Əlbəttə, karantin tədbirləri də son dərəcə vacibdir: “Burada Azərbaycanın misilsiz təcrübəsini bölüşmək istərdim. Yanvarın sonu və fevralın əvvəlindən Azərbaycana gələn bütün azərbaycanlıları və xarici vətəndaşları xüsusi karantin zonalarında yerləşdirməyə başladıq. Bunun üçün dörd və beşulduzlu otellər ayrılıb. Fevral ayının ortalarından etibarən müəyyən məhdudiyyətlər tətbiq olunur. Mart ayının əvvəlindən bütün təhsil müəssisələri bağlanıb və sosial təcrid tədbirləri həyata keçirilib, hərəkət məhdudlaşdırılıb. Bütün bu tədbirlər sayəsində Azərbaycanın uğur hekayəsinə səmərəli töhfələr verdik”.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










