Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq və xoşbəxtlik arzulayıb.
Təbrikə görə təşəkkürünü bildirən dövlətimizin başçısı da öz növbəsində Özbəkistan Prezidentinə və qardaş özbək xalqına ortaq mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təcəssümü olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, ruzi-bərəkət və firavanlıq arzu edib.
Telefon söhbəti zamanı qardaş xalqlarımızın iradəsindən irəli gələn Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən, dövlət başçıları tərəfindən qarşıya qoyulan tapşırıqların ardıcıl surətdə icrasından və əməkdaşlığımızın gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsindən məmnunluq ifadə olunub. Bu xüsusda ticarət dövriyyəsinin artması, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələr qeyd edilib.
Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











