
Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı ötən ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin yekunlarına əsasən əldə edilmiş razılıqların praktiki reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
“İqtisadi kooperasiya ili” çərçivəsində həyata keçirilmiş səmərəli iş məmnunluqla qeyd olunub.
İlin əvvəlindən əmtəə dövriyyəsinin 20 faiz artdığı, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələrin aktiv fazada olduğu, birgə zəngin mədəni-humanitar mübadilə proqramının həyata keçirildiyi bildirilib.
Bu il yüksək səviyyə nəzərdə tutulan sammitlərə, həmçinin hökumətlərarası komissiyanın növbəti iclasına, regionların və rektorların forumuna, mədəniyyət tədbirlərinə hərtərəfli hazırlığın vacibliyi vurğulanıb.
Azərbaycan və Özbəkistan prezidentləri, həmçinin regional gündəliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdan gələn çoxtərəfli tədbirləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











