
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev “Turan” Elmlər Akademiyasının akademiki seçilib.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib. Qasım Hacıyev “Turan” Elmlər Akademiyasına üzv seçilərkən onun elmi yaradıcılığı nəzərə alınıb. O, 5 monoqrafiya, 5 kitab, 1 dərslik, 1 tədris proqramı və 160-dən artıq elmi məqalənin müəllifidir. Dərbənd, Tbilisi, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kemerovo, Saxalin, Ankara, Van, Ərzurum, Tehran, Təbriz, Hələb şəhərlərində keçirilən elmi konfranslarda və elmi-tədqiqatlarda iştirak edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










