Misir Azərbaycan ilə regionlararası əməkdaşlığın inkişafına önəm verir.
AZƏRTAC xəbər verir ki, bu, Qalyubiyyə vilayətinin qubernatoru Hüsam Əbdülfəttah və Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov arasında keçirilən görüş zamanı səsləndirilib.
Hüsam Əbdülfəttah bütün sahələrdə, o cümlədən sosial və mədəni əməkdaşlıq istiqamətində də əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən “Aflə” parkındakı Misir Qırmızı Aypara Cəmiyyətinə məxsus kitabxananın inkişafına Azərbaycan səfirliyi tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib, bu layihənin iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcəyini bildirib.
Qeyd olunub ki, Qalyubiyyə qubernatorluğunda yerləşən “Dostluq” məktəbində, eləcə də Bənha Universitetində Azərbaycan dili tədris olunur. Diqqətə çatdırılıb ki, Azərbaycan dilinin tədrisi və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi elmi və mədəni əlaqələrin inkişafına xidmət edəcək. Bildirilib ki, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin abidəsi də bu regionun mərkəzi istirahət parkında ucaldılıb.
Azərbaycanın Abşeron rayonu ilə Misirin Qalyubiyyə qubernatorluğu arasında mövcud əlaqələrin tarixinə toxunan yeni qubernator Hüsam Əbdülfəttah ölkə rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Görüşdə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” devizi altında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə məlumat verilib. Qalyubiyyə qubernatoru forumda iştiraka dəvət edilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










