
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin qalibləri müəyyənləşib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən, 244 nömrəli tam orta məktəbin şagirdi Nihad Məlikov və 7 nömrəli tam orta məktəbin şagirdi Ülvi Hüseynzadə I, 142 nömrəli tam orta məktəbin şagirdi Aysun Rüstəmova və 290 nömrəli tam orta məktəbin şagirdi Azər Əzizov II, 45 nömrəli tam orta məktəbin şagirdi Nicat Musayev, 180 nömrəli tam orta məktəbin şagirdi Səfa Kərimli və 67 nömrəli tam orta məktəbin şagirdi Samin Hüseynov III yerə layiq görülüblər. Müsabiqədə fərqlənən 12 nömrəli tam orta məktəbin şagirdi Nicat Ağayev və 165 nömrəli tam orta məktəbin şagirdi Valeh Yusibli isə həvəsləndirici yeri tutub.
Qeyd edək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə hazırlanmış müvafiq xüsusi proqram təminatı vasitəsilə onlayn qaydada keçirilib. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini artırmaq, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq və təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










