İşğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturu bərpa etməklə yanaşı, vətəndaşlarımızın Böyük Qayıdışını təşkil edəcəyik. Bu Qayıdış xarici turistlər arasında da regionun təhlükəsiz olması ilə bağlı böyük güvən hissi yaradacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Naftalan – Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
“Təbii ki, vətəndaşlarımızın davamlı qayıdışını təmin edən əsas amillərdən biri iş yerlərinin yaradılmasıdır. Ümumilikdə, biz təkcə Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yeri yarada biləcəyimizə ümid edirik ki, bu da şübhəsiz, ölkənin ÜDM-də daha yüksək artımına töhfə verəcək. Sənaye və mədənçıxarma, kənd təsərrüfatı və turizm, eləcə də hökumət və KOB-ların iş yerlərinin yaradılmasının əsas hərəkətverici qüvvəsi olacağı gözlənilir”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










