
Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir. Bu gün iki ölkə həm ikitərəfli, həm də beynəlxalq qurumlar, xüsusilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Akademiyası çərçivəsində uğurla əməkdaşlıq edir. Eyni zamanda ali səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq mədəniyyət layihələrində birgə iştirak xalqlarımızı daha da yaxınlaşdırır.
Aprelin 20-dən 25-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil olunacaq Azərbaycan Mədəniyyəti Günləri iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçiriləcək tədbirlə bağlı ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər edəcəklər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Qırğızıstan paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.
Qeyd edək ki, ölkəmizdə Qırğız Mədəniyyəti Günləri 2024-cü ilin aprelində keçirilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










