
Balakən rayon Gənclər evində yeniyetmələr arasında “Qış kuboku – Balakən” adlı “Breyn-rinq” intellektual oyunu üzrə liqanın yekun turu keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Gənclər evindən məlumat verilib.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Gənclər evi sosial xidmət müəssisəsi və Balakən rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən liqa 7 həftə davam edib. Ümumilikdə 8 məktəb komandasından 60 yeniyetmə liqada iştirak edib.
Turun yekun nəticələrinə əsasən Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına HTT Lisey I yeri, Balakən şəhər Nəsimi adına 2 saylı tam orta məktəbin komandası II və Qazma kənd 1 saylı tam orta məktəbin komandası III yeri tutub. Liqada ilk 3 yeri tutan və iştirak edən komandalara diplom, qalib komandaya isə hədiyyələr təqdim edilib.
Müxbir – Rasim İslamoğlu
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










