
Qobustan Günəş Elektrik Stansiyasının 2026-cı ildə istismara verilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
O bildirib ki, 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və daha dəqiq istismara verilmə tarixi məlum olacaq.
“Azərbaycanda ilk bərpaolunan enerji hərracında iştirak üçün 130-dan çox şirkətə dəvət göndərilmişdi. Hərrac prosesi iki mərhələdən ibarət olub. Bu, ümumilikdə 6 saat davam edib və nəticədə “Universal International Holdings Limited” şirkəti qalib gələrək, Qobustan Günəş Elektrik Stansiyasını tikmək hüququ qazanıb”, – deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub. Hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti hərracda qalib gəlib.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










