
“Quba Ensiklopediyası” üzərində iş başlayıb. Layihənin təşəbbüs qrupunun üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 1905.az portalının direktoru, siyası elmlər üzrə fəlsəfə doktoru, əməkdar Jurnalist Fuad Babayevdən aldığımız məlumata görə yaradıcı heyətdə həmçinin tarix üzrə fəlsəfə doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi Laçın Mustafayev, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin dosenti Aqil Şahmuradov və yazıçı Rövşən Yerfi də yer alıblar.
F.Babayev AVCİYA prezidenti Elxan Süleymanovun ideya müəllifi və naşiri olduğu 2 ensiklopediyanın, 2015-ci ildə işıq üzü görmüş “Şamaxı Ensiklopediyası”nın və 2023-cü ildə nəşr edilmiş “Göyçay Ensiklopediyası”nın yaradıcı heyətlərində təmsil olunduğunu vurğuladı.
O həmçinin qeyd etdi ki, yeni ensiklopediyanın sözlüyü üzərində artıq iş başlanıb. Qubanın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edəcək ensiklopediyada diqqət bölgənin tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin – dövlət, ictimai və siyasi xadimlərin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətinə, yaradıcılığına da yönəldiləcək.
Rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələrin yer alacağı “Quba Ensiklopediyası” ilkin mərhələdə elektron formatda təqdim ediləcək.
F.Babayev layihənin gerçəkləşməsində bölgə ziyalılarının yaxından iştirak edəcəklərinə inandiqlarını bildirib.
Ensiklopediyanın Təşəbbüs Qrupu ilə əlaqə saxlamaq üçün [email protected] ünvanından istifadə etmək olar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










