
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın qəlbi Şuşanın azad olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kocaeli təşkilatının konqresindəki çıxışında Şuşanın işğaldan azad edildiyini bildirərək deyib: “Şuşa zəfərini təbrik edirəm. Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Şuşanın qurtuluşu işğal altında qalan digər torpaqların da azad ediləcəyinin yaxın olduğunu göstərir”.
Türkiyə Prezidenti qeyd edib ki, işğal altındakı torpaqlarını və Qarabağı addım-addım azad edən azərbaycanlı qardaşlarımızın sevinci bütün türk xalqının sevincidir.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










