Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq raket bölmələri müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub.
Müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş maşınları (PDM) və digər zirehli texnika, eləcə də mühəndis qurğuları, uzunmüddətli atəş nöqtələri, aşağı hündürlükdə uçan hava hədəfləri, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvənin məhvetmə qabiliyyətinə malik olan komplekslər sutkanın istənilən vaxtında, aktiv və passiv maneələrin istifadəsi şəraitində tətbiq edilə bilər.
Komandanlıq təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
https://mod.gov.az/az/news/raket-bolmeleri-praktiki-atislar-kecirib-video-23018.html



















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











