
İyunun 6-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan (1:44.703) başa vuraraq podyumda birinci pillənin sahibi olub.
İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.
Qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın dövlət himnləri səsləndirilib.
Beləliklə, bu qələbə sayəsində Serxio Peres Formula 1 üzrə dünya çempionatında pilotların mübarizəsində iki pillə irəliləyək 69 xalla üçüncü sırada qərarlaşıb. Ümumilikdə çempionata 105 xalla onun komanda yoldaşı Maks Ferstappen liderlik edir. “Mercsedes” komandasının pilotu Luis Hamilton isə 101 xalla ikincidir.
Bakı Qran-Prisində qələbə sayəsində “Red Bull Racing Honda” komandası ikinci sıradakı “Mercedes” ilə xal fərqini 26-ya çatdırıb. Hazırda bu komandanın 174 xalı var. “Ferrari” isə 94 xalla üçüncü sırada qərarlaşıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










