Rubl rus puludur və neçə həftədir ki, amerikalıların dollarına və avropalıların avrosuna uduza-uduza gedir.
Rusiyada xeyli soydaşımız yaşayır və bu insanlar orada pul (yəni rubl) qazanırlar.
Rubl ucuzlaşdığından bu insanların qazancı da azalır.
Və bunun nəticəsində Rusiyada yaşayan və pul qazanan az qala hər bir soydaşımızın problemlər zənbili ağırlaşır. Bəlkə elə soydaşlarımız da var ki, problemlərinin qablaşdırıldığı zənbillərin qulpları bu ağırlığa dözməyib və qırılıb. İndi həmin adamlar rus yazıçısı Çernışevskinin vaxtilə yazdığı romanın adı ilə üst-üstə düşən sualı cavablandırmaqla məşğuldurlar.
Xeyli müddət bundan əvvəl, Rusiyanın “Kommersantъ Vlast” jurnalında yazılmışdı ki, 2012-ci ildə bizim Rusiyada işləyən qastarbayterlərimiz (alman sözüdür, qonaq-işçi deməkdir) Odlar Yurduna 1,19 milyard dollar göndəriblər. Onu da deyim ki, 2012-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 16 438 000,0 min manat, xərcləri 17 072 000,0 min manat məbləğində təsdiq edilmişdi.
Bizim qastarbayterlər indi Vətənə daha az pul göndərə biləcəklər.
Amma bu problem işğalçı Ermənistanda yaşanan dramın yanında toya getməlidir.
Rus rublunun problemləri ortaya çıxan kimi Ermənistanın nasaz iqtisadiyyatı ağır xəstəliyə düçar olub. Ermənistanın valyuta bazarında idarəolunmaz vəziyyət yaranıb. Erməni pul vahidi – dram eynilə rubl kimi dəyərdən düşməyə başlayıb. Ermənistanda ərzaq məhsullarının kəskin bahalaşması bu ölkədə Yeni ilin əvvəlki illərdən də kasıb və sönük şəkildə qarşılanmasına gətirib çıxarıb. Üstəlik, Rusiya rublundan lazım ola biləcəyindən qat-qat çox asılı olan erməni dramının perspektivləri, daha doğrusu perspektivsizliyi Ermənistanda bu ilin elə qarşılandığı kimi ağır keçəcəyindən xəbər verir…
Yaxın aylar ərzində dilənçi kökündə olan Ermənistanda rublun dramının davam edəcəyi gün kimi aydındır.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











