
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi – Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.
Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin komandanlığı və bir qrup dinləyicilərin iştirakı ilə keçirilən seminarda iştirak edib.
Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










