Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın səfirliklərinin rəhbərləri ilə görüşüb.
AZƏRTAC Nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, diplomatik missiya təmsilçiləri 9-13 yanvar tarixlərində Cenevrədə, Brüsseldə və Vyanada ABŞ və NATO ilə Rusiya Federasiyasının təhlükəsizliyinin beynəlxalq-hüquqi təminatı məsələləri üzrə keçirilən məsləhətləşmələrin yekunları, həmçinin bu mövzunun ATƏT-in Daimi Şurasının iclasında müzakirəsi barədə ətraflı məlumatlandırılıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









