Rusiyanın Belqorod vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 74 nəfər, o cümlədən 65 ukraynalı əsir həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, “İl-76” hərbi nəqliyyat təyyarəsi Moskva vaxtı ilə saat 11:00 radələrində planlaşdırılmış uçuşu yerinə yetirərkən qəzaya uğrayıb. Təyyarədə dəyişdirmək üçün aparılan 65 ukraynalı əsir, həmçinin 6 ekipaj üzvü və 3 müşayiətçi olub.
Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib ki, təyyarədə olanların hamısı ölüb. Onun sözlərinə görə, yerdə dağıntı yoxdur.
Qəzanın səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb.
13:38
Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Belqorod vilayətinin qubernatoru Qladkov teleqram kanalında Koraçansk rayonunda hadisə baş verdiyini və hazırda ora getdiyini yazıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu olub və onlar mübadilə üçün Belqorod vilayətinə aparılırdı.
Hadisə yerinə həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










