İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bununla bağlı dəfələrlə mövqeyimizi bildirmişik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələrinə açıqlamasında yer alıb.
Açıqlamada deyilir ki, üçüncü ölkə KİV-ləri vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək hədəfi ilə yayılır. “Təəssüflər olsun ki, indiyədək bunun dəfələrlə şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”, – deyə açıqlamada qeyd edilir.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










