
Martın 13-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsi – “Meltvater” turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, birinci turda qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanı məğlub edib. Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya təmsilçisi Daniil Dubov olacaq.
Digər şahmatçımız Teymur Rəcəbov birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. Növbəti qarşılaşmada təmsilçimiz argentinalı Alan Piçot ilə qarşılaşacaq.
Martın 21-dək davam edəcək yarışda 16 şahmatçı mübarizə aparır.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










