Nizami Kino Mərkəzində Aprel döyüşlərinin qəhrəmanlarından biri – şəhid Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən “Şərəfli ad” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində şəhid Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ savaşının veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Vüqar Əsgərov filmin ərsəyə gəlməsindən, şəhidin haqqında məlumatların toplanılmasından, Sumqayıtda, Biləsuvarda, Cəlilabadda aparılan çəkilişlərdən danışıb.
Sonra şəhidin qardaşı, hərbçi Rahim Məmmədov onunla bağlı xatirələrini bölüşüb.
Filmin təqdimatının sonunda şəhidin atası Vaqif Məmmədov tədbir iştirakçılarına və bu filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib.
Digər çıxışçılar da filmin əhəmiyyətindən danışaraq onun vətənpərvərlik ruhunun inkişafında xüsusi rol oynayacağını qeyd ediblər.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










