
Azərbaycanın bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə qar yağıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 31-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib. Düşən yağıntının miqdarı Ordubadda və İsmayıllıda 10, Sabirabadda 9, Daşkəsəndə və Astarada 8, Göygöldə və Sarıbaşda (Qax) 7, Gədəbəydə və Şahdağda 6, Xızıda 5, Culfada, Naftalanda və Lənkəranda 4, Şahbuzda və Qubada 3, Balakəndə, Zaqatalada, Qəbələdə, Tərtərdə və İmişlidə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər və Qubadlıda 1 millimetrədək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 24, Mingəçevirdə 22, Şahdağda 20 metr/saniyəyədək güclənib.
Mayın 30-da saat 13:02-13:06 radələrində Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşüb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










