
İyulun 21-də Gənclər və İdman Nazirliyi tərəfindən Astara rayon Olimpiya İdman Kompleksində “Şahin” gənclərin hərbi vətənpərvərlik düşərgəsinə start verilib.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, düşərgə proqramına əsasən, axşam iştirakçılar ocaq ətrafında yığışaraq maraqlı müzakirələr edib, hərbçilərin döyüş yolunu əks etdirən söhbətləri dinləyiblər. İlk gündə iştirakçılar komandalara bölünüb, ilkin tanışlıq və təqdimatlar həyata keçirilib.
Astara rayonunda 6 gün davam edəcək düşərgədə gənclər “Canavarlar”, “Cəsurlar”, “İgidlər” və “Şahinlər” komandaları olmaqla, qələbə uğrunda mübarizə aparacaqlar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










