Fevralın 5-i və 6-da Şamaxıda baş verən zəlzələnin törətdiyi dağıntıların miqyasının dəqiqləşdirilməsi, habelə dəyən zərərin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Rayon fövqəladə hallar komissiyasının sədr müavini Rüstəm Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Şamaxı şəhərindəki Salman Mümtaz, Əliyarbəyov, Azadlıq, Səttar Bəhlulzadə və Şəhriyar küçələrində 5 ev yenidən tikilir. Artıq bütün evlərdə hörgü işləri başa çatıb, bəzilərində isə dam örtüyü vurulur. Bu evlərdə inşaat işləri qısa vaxtda başa çatdırılacaq.
Hazırda daha 7 evin söküntüsü işləri aparılır. Yaxın günlərdə bu evlərin də inşasına başlanılacaq.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











