İyunun 10-da Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə Əngəxaran kəndində dindarlar üçün iftar süfrəsi açılıb. Ənənəyə uyğun olaraq artıq yeddinci ildir ki, millət vəkil Elxan Süleymanovun adından Şamaxı şəhərində və rayonun kəndlərində iftar süfrələri açılır. Bu dəfəki iftar süfrəsində Şamaxı rayonunun Əngəxaran, Məlhəm və Çuxuryurd kəndlərinin dindarları, bütövlükdə 170-dən artıq adam iştirak edib. İftardan öncə Ramazan ayının əhəmiyyəti ilə bağlı söhbətlər olub, həmin kəndlərin din xadimləri müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar.Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.


















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










