Noyabrın 13-də Şamaxının millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında Şamaxı şəhər Avropa Liseyi və S.M.Qənizadə adına şəhər 1 saylı tam orta məktəbinin şagird və müəllimlərinin iştirakı ilə “Azərbaycan tarixində soyqırımlar” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Şamaxının millət məkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev iştirakçıları salamladı. Dəyanət Musayev ermənilərin tarix boyu dəfələrlə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) azərbaycanlıları soyqırıma məruz qoyduqlarını bildirdi və tarixin olduğu kimi gələcək nəsillərə çatdırılmasının zəruriliyini qeyd edərək, millət vəkili Elxan Süleymanovun ideya müəllifi və naşirliyi ilə çap edilən “Şamaxı soyqırımı 1918”, “Xocalı soyqırımı 1992”, “Qaradağlı faciəsi”, “Samir, Nazim, Elşən” və s. kitablar barəsində iştirakçıları məlumatlandırdı. Natiq erməniliyin ifşasında “1905.az” portalının rolu ilə bağlı ətraflı danışdı.
Tədbirdə fəal iştirak edən Ülkər Hacıyeva, Elvin Hümbətov, Aqşin Abdulrazaqov və başqalarına “1905.az” və “elkhan-suleymanov.az” saytlarının nəşri olan kitablar və digər hədiyyələr təqdim olundu. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.


















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










