Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib
Azərbaycan Respublikasının Milli Məclisi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib. AZƏRTAC xəbər verir ki, Bəyanat parlamentin noyabrın 5-də keçirilən iclasında qəbul olunub.
Azərbaycan Respublikasının Milli Məclisi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib. AZƏRTAC xəbər verir ki, Bəyanat parlamentin noyabrın 5-də keçirilən iclasında qəbul olunub.
Azərbaycanın bütün ölkələrlə, xüsusilə qonşu ölkələrlə siyasəti çox açıq, ardıcıldır. Ölkəmizin xarici siyasətinin prioritetlərindən biri də qonşu ölkələrlə yaxşı əlaqələrin olmasıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
Azərbaycanın İsveç Krallığında və eyni zamanda, Finlandiya Respublikasında səfirliyi Helsinki şəhərində yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirib.
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib. AZƏRTAC xəbər verir ki, Vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank və komando hərbi hissələrində keçirilən təlimləri izləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komanda idarəetmə məntəqələrinə baş çəkən müdafiə naziri “Tank ovçuluğu” təlimini və komandoların hazırlıq məşğələsini izlədikdən sonra komandir heyətinin məruzələrini dinləyib.