TƏT Daimi Şurasının xüsusi iclasında Ermənistanın dövlət sərhədində törətdiyi hərbi təxribat barədə məlumat verilib
ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginlik müzakirə olunub.
ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginlik müzakirə olunub.
Azərbaycan-Ermənistan dövlət sərhədində son genişmiqyaslı təxribatlar zamanı Ordumuzun Ermənistan silahlı qüvvələrinin bölmələrinə ağır zərbə vurmasının videogörüntüləri yayımlanıb.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısını açıqlayıb. AZƏRTAC nazirliyə istinadla həmin siyahını təqdim edir.
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat ünvanlayıb.
Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızla bağlı instaqram səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin”.