Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir.
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Sərəncamına əsasən, 8 hərbi qulluqçu ali hərbi rütbələrlə təltif edilib. Belə ki, 2 nəfərə general-leytenant, 5 nəfərə general-mayor, 1 nəfərə isə tibb xidməti general-mayoru ali hərbi rütbələri verilib.
Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən iyunun 25-də Bakı-Füzuli-Bakı şəhərlərarası avtobus marşrutu istifadəyə verilib. Artıq marşrut üzrə ilk avtobus erməni işğalından azad olunan Füzuliyə çatıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib. AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm. Sizin qələbəniz mükəmməl hazırlığın, … Continue reading Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib
1917-1918-ci illərdə Cənubi Qafqazda milli-azadlıq hərəkatının genişləndiyi bir şəraitdə Azərbaycan xalqının da ölkənin muxtariyyəti və müstəqilliyi uğrunda mübarizəyə başlaması Azərbaycanla bağlı strateji planları olan daşnak-bolşevik alyansını bərk narahat edirdi.