“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana S-300 raketdən müdafiə sisteminin göndərməsi ilə bağlı Azərbaycanın narahatlığından yazıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 37 dəfə pozub.
İraqın nüfuzlu “Non” qəzetində və nəşrin elektron resursunda Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Nəsir Məmmədovun “Azərbaycanın işğal olunmuş ərazilərində dini və tarixi-mədəni irsin məhv edilməsi yolverilməzdir” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bildirib və Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün tapşırıq verib. Prezident İlham Əliyev avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Avqustun 12-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə … Continue reading Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib