“Samir! Nazim! Elşən!” qalereya
Humanizmi, ədaləti, insanlığı yüksək dəyərləndirən İslam dini meydana gəldiyi dövrdən daim tolerantlığı üstün tutmuş, həmişə bu prinsipləri təbliğ etmişdir. Xalqımızın bugünədək azadlıq savaşında digər millətlərin nümayəndələri də azərbaycanlılarla çiyin-çiyinə dayanmış, bu yolda canlarını əsirgəməmişlər.
Aprelin 3-də Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli Nursultan Abişeviç. Hörmətli qonaqlar, xanımlar və cənablar. Nursultan Abişeviç, bir daha Sizi Azərbaycanda səmimi qəlbdən salamlayır və “Xoş gəlmisiniz” deyirəm. Siz bizim əziz dostumuzsunuz. Azərbaycanda Sizi çox sevirlər, hörmət edirlər və Sizin səfəriniz ikitərəfli … Continue reading Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Aprelin 4-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib. Şamaxı ictimaiyyəti nümayəndələrinin, hərbçilərinin, şəhid ailələrinin iştirak etdikləri tədbir 2016-cı ilin aprel döyüşləri zamanı həlak olan şamaxılı döyüşçülər – Samir Kaçayevin, Nazım Zəkərəyevin və Elşən Səmədovun xatirələrinə həsr olunmuşdu.
Görüşdə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.