Növbəti “Kvartet” rubrikasında psixoloqlar Vəfa Vaqifqızı və Elnur Rüstəmovla müzakirə
1905.az portalının suallarını əməkdar jurmalist Ləman Ələşrəfqızı cavablandırdı. – Ləman xanım, mətbuatımız “Əkinçi”dən başlanıb. Gəlin, biz də “Əkinçi”dən başlayaq söhbətimizə. Sizin filmi nəzərdə tuturam. Necə oldu?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndəsi, Kiçik Biznes üzrə Palata Komitəsinin sədri, eyni zamanda, Xarici İşlər üzrə Palata Komitəsində və Hüquqi İşlər üzrə Palata Komitəsində fəaliyyət göstərən Stiv Şabotu qəbul edib.
Bu günlərdə Bakı Slavyan Universitetinin binasının fasadını 1972-ci ildən bəri bəzəyən mozaika-portretlərin sökülməsinin şahidi olduq. Bu hadisəylə bağlı tanınmış mozaika ustası, bir sıra əsərlərin o cümlədən, Ağdam Çörək Muzeyinin fasadındakı mozaikanın müəllifi rəssam Əmirxan Məmmədvəliyevin fikirlərini öyrəndik: “Sözügedən mozaikanın müəllifi rəhmətlik Elmas Hüseynov idi. Belə bir söküntü işi eləməzdən əvvəl ən adi etik normalar tələb … Continue reading Əmirxan Məmmədvəliyev: “Müəllif özü həyatda deyilsə, işi də ölməməlidir.”
Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının-xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Onların bəziləri Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmışdı.
“1905.az” Diskussiya Klubunda bu dəfə gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” filminə baxış keçirdik və filmi onun yaradıcı heyətinin üzvləri – ssenari müəllifi və quruluşçu rejissor Ayşad Səfərəliyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Şahin Həsənli və aktyorlar – əməkdar artist Elşən Rüstəmov və Tofiq Əliyevin iştirakı ilə müzakirə etdik. Müzakirələrdə “1905.az” portalının direktoru Fuad Babayev … Continue reading “İNİKAS”