Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü ilin noyabrındakı görüşündən sonra Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisində böyük hərbi təlim keçirdi. Ermənistan həmin dövrdə gərginliyə hesablanmış addım atdı və bunu məqsədyönlü şəkildə etdi. Təmas xəttindən başqa, sərhəddə olan ərazilərdəki mövqelərimizi də atəşə tutan Ermənistan bununla da başqa ölkələri münaqişəyə cəlb etməyə çalışırdı.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.
Mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələrinin kimyəvi silahlardan istifadə etməsi faktına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli … Continue reading Ermənistan silahlı qüvvələrinin kimyəvi silahlardan istifadəsi faktına görə Hərbi Prokurorluqda cinayət işi başlanıb
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib.