“Avropa Şurası öz imicini, nüfuzunu saxlamaq istəyirsə, qəbul etdiyi qərarların icrasına çalışmalıdır”
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Müslüm Məmmədovun APA-ya müsahibəsi
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Müslüm Məmmədovun APA-ya müsahibəsi
Baş leytenant İsmayılov Bəkir Vüqar oğlu. Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb. Erməni silahlı birləşmələri tərəfindən Mi-24 helikopterinin vurulması nəticəsində şəhid olub. 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.
Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə açılan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyaya indiyədək 208 min səs verilib. Aksiya mayın 5-dək davam edəcək. AVCİYA Ermənistanın işğalçı siyasətinə qarşı mübarizəni davam etdirəcək.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası aprelin 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov açdı. E.Salmanov bildirdi ki, ermənilər artıq 100 ildən çoxdur ki, özlərini soyqırıma məruz qalana xalq kimi göstərməklə, Türkiyədə və Azərbaycanda törətdikləri vəhşilikləri ört-basdır çalışırlar. Bütün resurslardan … Continue reading AVCİYA “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirdi.
Ötən il dünya ermənilərinin uydurma “soyqırımı”nın 100 illiyini qeyd etdikləri ərəfədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron nəşr hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Kitabxana əməkdaşlarının Azərbaycan və ingilis dillərində hazırladıqları həmin elektron nəşrin təqdimatı zamanı təklif edilmişdi ki, keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqların həm işğal … Continue reading Prezident Kitabxanasının “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” elektron nəşrinin rus versiyası istifadəyə verilib
Aprelin 21-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanaraq nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.