Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub. Fakt üzrə Hərbi Prokurorluq tərəfindən hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi üzrə araşdırma aparılıb. Araşdırmanın nəticəsi göstərib ki, gizir F.Novruzov düşmən tərəfdən atılan güllənin sapması nəticəsində şəhid olub.
1905.az portalının suallarını publika.az saytının redaktoru Zülfüqar Xeyirxəbər cavablandırır.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2015-ci ildə maliyyələşdirdiyi layihələr sırasında Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği” layihəsi də var. Birliyin sədri Asəf Quliyev layihə ilə bağlı “525-ci qəzet”in suallarını cavablandırıb.