Bakıda IV “Qələbə qaçışı”na start verilib
Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışına start verib.
Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışına start verib.
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə xalqımızın Zəfər Günü təntənə ilə qeyd olunub. AZƏRTAC xəbər verir ki, səfir Leyla Abdullayeva Zəfər Gününün əhəmiyyətindən söz açaraq noyabrda xalqımızın Qarabağın 30 illik işğaldan azad olunmasını bayram etdiyini vurğulayıb. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə bütün azərbaycanlıların ədalət və qürur hissi yaşadığını diqqətə çatdırıb.
Noyabrın 2-də tələbələrin iştirakı ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olunub. AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılara qoruq haqqında ümumi məlumat verilib. Sonra qoruq ərazisində yerləşən muzeylə tanışlıq olub.
COP29 ilə əlaqəli yaradılmış müxtəlif informasiya resursları əməliyyat mərkəzinin mütəxəssislərinin müraciətinə əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə auditdən keçirilib, müvafiq məlumatlar və tövsiyələr Əməliyyat Şirkətinə təqdim olunub.
COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair brifinq keçirilib.
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (“Equilibrium in Nature”) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə … Continue reading Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılıb