Azərbaycan nümayəndə heyəti G20 Dinlərarası Forumunda iştirak edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov avqustun 19-22-də Braziliya Federativ Respublikasında keçirilən G20 Dinlərarası Forumunda iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov avqustun 19-22-də Braziliya Federativ Respublikasında keçirilən G20 Dinlərarası Forumunda iştirak edib.
Son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar tarixin zibil yeşiyinə göndərilmiş separatçı meyilləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmaslarını aktivləşdiriblər. Yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda Toyvo Klaar və bəzi digər Qərb dairələri ilə görüşlər keçirib. Xatırladaq ki, Oskanyan uydurma “dağlıq … Continue reading İcma: Qərb dairələrinin Oskanyan kimilərlə təmasları Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir
Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə Braziliyada səfərdədir. Səfər çərçivəsində Braziliyanın paytaxtı Braziliya şəhərində keçirilən G20 Dinlərarası Forumunda iştirak edən Şeyxülislam A.Paşazadə qurumun prezidenti Kol Durhamla görüşüb.
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində avqustun 21-dən etibarən növbəti layihəyə – dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün praktiki seminarlara başlayıb.
Cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müxtəlif istiqamətlərdə hazırlıq prosesləri davam edir. Tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkili üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədilə texniki sınaq mərhələsinə start verilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.