Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi keçirilib.
Aprelin 28-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirir. Respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil edilir.
İşğaldan azad edilən Şuşa rayonunun Qaybalı kəndi ərazisində aprelin 27-də mina hadisəsi baş verib. AZƏRTAC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatına istinadla bildirir ki, agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində təşkil edilən qarşılanma mərasimində maraqlı anlar yaşanıb. Prezident İlham Əliyev Almaniya Kanslerinin ofisinə gələn zaman bu ölkədəki azərbaycanlılar dövlətimizin başçısını “Yaşasın Ali Baş Komandan!” şüarı ilə qarşılayıblar.
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə “Petersberq İqlim Dialoqu”nun əhəmiyyəti və Prezident İlham Əliyevin bu tədbirdə çıxışı qeyd olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.