Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.
Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. AZƏRTAC xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə, yəni 59 nəfər yola düşüb. Bu gün, həmçinin Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış daha 4 ailə (11 nəfər) isə yaşadıqları ərazidən yola salınacaq. Onlar Horadiz şəhərində … Continue reading Böyük Qayıdış: Daha 70 sakin Laçına qayıdır
Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə oktyabrın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib. AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəni 29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə təbrik edib. AZƏRTAC xəbər verir ki, bu barədə Birinci vitse-prezident instaqramda paylaşım edib.
Oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 100 illiyi qeyd olunur. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları oktyabrın 29-da Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyublar.
Oktyabrın 29-da “Gülüstan” sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.