Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Düşünürəm ki, medianın edə biləcəyi ən vacib şeylərdən biri qarşı tərəfi insanlıqdan kənarlaşdırmanı istisna edən yeni hekayələr yaratmaqdır. Mediada nə qədər az aqressiya olarsa, bu proses bir o qədər keyfiyyətli və davamlı olacaq, ictimaiyyətin sülhə aparan yola etimadı bir o qədər artacaq.
Ermənistan-Azərbaycan sülh prosesinin irəliləməsinin əsas aspektlərindən biri əvvəlcədən razılaşdırılmış addımların ardıcıllığıdır. Bu gün biz bu gündəliyin vahid və uzunmüddətli olması barədə mövqeyi eşitdik.
Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
Milli Hidrometeorologiya Xidməti aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.