“Rusiya Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri sırasında görür”. APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra bildirib.
S. Lavrov, hər iki tərəfin qəbul edə biləcəyi razılaşmaların əldə olunması istiqamətində axtarışlara dəstək verməyə davam edəcəklərini söyləyib: “Münaqişənin çox uzandığını heç kəs inkar etmir. Razılaşma üçün real baza var və bunu hamı etiraf edir. İndi bu qarşılıqlı anlayışın konkret məzmuna çevrilməsinə ehtiyac var”.
E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin notları bölüşdüyünü vurğulayıb: “Problem var və onu həll etmək lazımdır. Bunun vaxtı çoxdan yetişib”.

















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











